Lider olmaq üçün 4 sualı cavablandırın

Hekayələrin güclü təsiri var. Onlarda həvəsləndirmə, ruhlandırma və motivasiya etmə potensialı var. Hər liderin öz hekayəsi var – hadisələr, perspektivlər, dəyərlər, maraqlar və davranış. Təcrübə hər zaman inkişaf edir. Əslində, hər şeyi birlikdə toplayanda nəyə inandığınızı, bir lider kimi nəyə doğru getdiyinizi, necə işlədiyinizi müəyyən etmək olar.

Hekayəniz formalaşdıranda, onu təbəssümlə qarşılayın. Bu sizə kömək edir ki, özünüz üçün nəyin zəruri olduğunu müəyyən edəsiniz. Başqalarını ilhamlandıracaq gədər maraqlı hekayəniz ola bilər. Bu etimad qurmağa imkan verir. Etimad da öz növbəsində nüfuza gətirib çıxarır.

Hekayənizi müəyyən edə bildiz? İstədiyiniz kimi alındı?

Öz liderlik hekayənizi anlamaq üçün, siz dörd suala cavab verməlisiniz. Həyatda bir çox şeylər kimi, işinizin bəhrəsini görəcəksiniz.

Sual 1: Süjet nədən ibarətdir?

Hər bir hekayənin süjeti var. Süjet – məqsədinizdir, nəyə nail olmaq istəyinizdir. Burdan sual yaranır “Niyə məhz rəhbərlik?”

Bu, sadə bir məsələdir, amma çox az insan bu suala birbaşa cavab verir. Rəhbərlik və ya idarə etmək haqqında düşünürsünüzsə, səhv düşünürsüz. Liderlik başqalarını ruhlandırmaqdan, həvəsləndirməkdən başlayır. Uzaqgörənliyi bacarmaq üçün, dayaq olmaq üçün ilk öncə dəyərlərinizi müəyyənləşdirin. Şəxsi məqsədiniz nədir? Harda dəyişikliklər etmək həvəsindəsiniz? İnanın, verdiyiniz cavablar özünüzü ruhlandırıb, öndə getməyə məcbur etmirsə, çətin sizi kimsə dinləyər.

Sual 2: Hekayənizdə baş rollar kimindir?

Liderlik təkcə başqalarına iş buyurmaqla bitmir! Liderlik bütövlükdə insanlar haqqındadır. Əlbəttə, nəticədə, ən əsası işin sona çatmasıdır amma işçilərlə ünsiyyət, onlarla davranışdan çox şey asılıdır. Liderlik insanlar haqqındadır. Şübhəsiz ki, bu görülən işlərin alınması haqqındadır amma bu da münasibətlərin keyfiyyət və kəmiyyət haqqında və necə alınması barədə gördüyü işlərdir.

Hekayələr şərhlərə tabe olandan bəri müxtəlif təsəvvürlər sizin hekayədə mühüm rol oynayır. Məndən tez-tez soruşurlar, “Siz hekayənizin müəllifisiniz yoxsa hekayənizdə digərlərinin də baxışları var? Hər iki sualın cavabı “Bəli” sayılır. Siz, sizin liderlik hekayədə əsas qəhrəman ola bilərsiniz amma mühüm köməkçi rol oynayanlar isə başqaları olmalıdır. Buna görə də, qəhrəmanlarınzla möhkəm münasibətlər yaratmaq vacibdir.

Sual 3: Hansı Münaqişələri həll etməlisiniz?

Mübahisəsiz hekayəni təsəvvür etmək çətindir. Tarixdə bu həmişə mübarizə kimi özünü təqdim edib. Problem axtaran liderlər ilə rastlaşmamışam, amma bu heç də liderdən asılı deyil. Mən daha çox mübahisə içərisində olan bir çox liderlər bilmirəm. Siz bununla məşğulsunuz, sizin liderliyiniz haqqında çox şey deyir.

Kiməsə müraciət edirsiniz? Yoxsa çalışırsız özünüz həll edəsiniz? Mübahisənin mənbəyi nədən ibarətdir? Bu məsələlər haqqında düşünərkən, “unutmayın ki, münaqişələr xarakter yaratmır, formalaşdırır”.

Sual 4: Nə üçün tanınırsınız?

Hər bir yaxşı hekayənin mövzusu var. Sizin mövzunuza münasibətdə nəzərdən üç şeyi keçirtmək lazımdır. Birinci, nə üçün tanınırsınız? və nə üçün tanınmaq istəyirsiniz? Bu çox vaxt üç-beş məqamda təmsil olunur. İstəkləriniz üst-üstə gəlmirsə, üzərinizdə daha çox çalışın.

İkinci, sizin missiyanıza nail olmaq üçün tələb olunan bacarıqlarınız var? Bu missiyanın aydınlığı nəzərdə tutur. Bu o demək deyil ki, siz orada yalnızsız. Bu o deməkdir ki, özünüzə müəyyən qədər güvənirsiniz, güclü tərəflərinizdən xəbərdar olmaqla da bərabər bu sizə ətrafınızı düzgün insanlarla əhatə etməkdə kömək olacaq.

Yaxşı xəbər odur ki, hekayələr dinamikdir. Onlar vaxtilə görülən işlərdir. Sizin obyektiv məqsədiniz hekayənizi uyğunlaşdırmağa əmin olmaqdır, yəni, indi hardasınız və harada olmaq istəyirsiniz.

Öz liderlik təcrübənizi anlamaq sizə bir lider kimi inkişaf etməyinizdə başlanğıc bir mərhələ sayıla bilər. Bu nəzarət “dünya var” təsiri formalaşdırmaq üçün sizə imkan verir. Daha yaxşı hazırlıqlı olmağınız sizə qərar qəbul etmə, başqalarını motivasiya və ruhlandıran və istədiyiniz hekayələr danışmağa şərait yaradacaqdır ki, bu da sizə bir növ lider olmağınızza sövq edəcəkdir.

Hekayədən başlayaraq özünüzü inkişaf etdirirsiz. Nəzarət altında olmağı, insanlara necə bir təcrübə verəcəyiniz haqqında xəbər verin. Qərar verməkdə artıq çətinlik çəkməyəcəksiniz, istədiyiniz hekayəni seçib danışın ki, ətrafınızda hamıda iki qat həvəs yaransın.