heartHər bir qadın karyeranın bəxş etdiyi öz ayaqları üstündə azad şəkildə durmaq hissini dadmalıdır!

Gəlin baxaq bizlər səhvi harada edirik?

  • İlk öncə uşaq yaşlarından itaətkar qızlar olaraq böyüyürük.
  • Daha sonra isə övladları üçün hərşeyi təmin etməyə çalışan nümunəvi analar və xanımlar oluruq.
  • Növbə özümüzə gəldikdə isə anlayırıq ki, nələr üçünsə gecikmişik və təəssüflər olsun ki, bu karyeradır.


Əgər bu elan Sizin diqqətinizi çəkibsə və oxumağa davam edirsinizsə demək ki, hələ də gec deyil. Hərəkət zamanıdır, xanımlar.

Qadınların bir-birini ruhlandıracağı, birlikdə öyrənərək və öyrədərək həyata keçiriləcək olan Qadınlar üçün Karyera Kouçinqi Marafonuna qoşulmağa çağırırıq!smiley

Proqram, tərəfimizdən individual xanımlarla işləyərək daha öncə həyata keçirilib və uğur əldə edib, növbə daha çox qadına eyni anda fayda vermək və onların bir-birinə yoldaşlıq etməsini təmin etməkdədir!

Elə isə başladıq! Qeydiyyatdan keçən ilk 20 xanım 20 Noyabrdan başlayacaq Marafonda iştirak edə biləcəkdir.

Qeydiyyat