Vacancies
Texniki ofis mühəndisi
AZCD Group QSC
Vəzifə öhdəlikləri
- Sahənin işlərin yerinə yetirilməsi üçün lazım olan bütün sənədlər və materiallarla təmin edilməsi
- Tikinti üzrə sənədləşmənin və risk qiymətləndirilməsinin hazırlanması və ərazi üçün lazımı iş metodologiyasının hazırlanıb tətbiq edilməsi
- Sahə üzrə çertyoj və sxemlərin hazırlanması
- Əməyin mühafizəsi üzrə işlərin görülməsini tələb etmək
- Gündəlik işlərin görülməsi ardıcıllığının icrası və sahə ilə əlaqələndirilməsi
- Subpodratçılarla mütəmadi olaraq əlaqə saxlamaq və subpodratçıya aid işlərə dair iş tələbinin hazırlanmasına kömək etmək
- Subpodratçılardan alınan təkliflərin texniki və kommersiya üzrə müqayisəsini təhlil etmək və ödəniş sənədləri də daxil olmaqla subpodrat işlərini izləmək
- Bütün tələb olunan daimi materiallar üçün tələb sənədlərini hazırlamaq, materialların təminatı və təsdiq prosesini izləmək
- Tikintinin icrası zamanı problemlərin həll edilməsi üçün təkliflərin verilməsi, proseslər arasında ziddiyyət yarandıqda bu barədə lazımı şəxslərə məlumat vermək
- İş zamanı məsuliyyətli və dəqiq olmaq, mütəmadi rəhbərliyə hesabat vermək
- Texniki ofis üzrə siyasət və prosedurlarının həyata keçirilməsində iştirak etmək
- Layihə üzrə müqavilə sənədləri ilə tanış olmaq (vaxt cədvəli, layihə dizayn çertyojları, BOQ və s.)
- Tikinti zamanı yarana biləcək hər hansı gözlənilməz texniki çətinliklərin və digər problemlərin həllində iştirak etmək/məlumat vermək
- Layihənin sonunda yekun hesabatların hazırlanması və layihə məsləhətçisinə təhvil verilməsi
Tələblər
- İnşaat sahəsində ali təhsil
- Müvafiq sahə üzrə minimum 3 il iş stajı
- Texniki ofis ilə iş təcrübəsi
- Yüksək səviyyədə ingilis dil biliyi
- Autocad üzrə mükəmməl bilik
Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerində “Texniki ofis mühəndisi” qeyd edərək öz CV-lərini talent@azcdgroup.com elektron ünvanlarına göndərməyiniz xahiş olunur.
On the interview results
How to apply
You are welcome to send your CV