Vacancies

Filial Müdir Müavini

Bank olmayan kredit təşkilatı

Şəxsi keyfiyyətlər: sağlam, etik davranışlı, məsuliyyətli, analitik və riyazı təhlil bacarığının olması, vətəndaş qüsursuzluğu, rəhbərlik bacarığı, ünsiyyət qurmaq qabiliyyəti.

Peşəkar tələblər: mühasibat uçotu, bank işi və ya iqtisadiyyat sahəsində ali təhsilli, kredit işini bilməsi, daxili nəzarət sistemlərinin və prosedurlarının yaradılması və risklərin idarə olunmasının qiymətləndirilməsində yüksək səviyyəli səriştəyə malik olması, Mərkəzi Bankın normativ aktlarını bilmək və bu sahədə ən azı 3 il təcrübəyə malik olmaq, işi planlaşdırmaq və hesabat vermək bacarığı, elektron daşıyıcılarla müstəqil işləyə bilməsi, uçot və hesabat işinin təşkili, azərbaycan dilində səriştəli olması, rus və ya ingilis dillərində ünsiyyət qurmaq bacarığı.

Vəzifə öhdəlikləri:

1. ona verilmiş etibarnaməyə əsasən fəaliyyət göstərir. Filialın və xəzinənin açarlarını, möhürünü, habelə uçotu aparılan sənədlərin qorunub saxlanılmasına görə məsuliyyət daşıyır;

2. filiala verilmiş lisenziyaya uyğun Təşkilat xidmətlərinin keyfiyyətlə aparılmasını təmin edir;

3. filialın daxili nizam-intizam qaydalarına, Baş ofis tərəfindən qəbul edilmiş daxili prosedurların icrasına nəzarət edir;

4. təşkilat tərəfindən filialın istifadəsinə verilmiş əmlakın məqsədəuyğun istifadəsinə nəzarət edir, onun qeyri-düzgün istifadəsi nəticəsində korlanmasına məsuliyyət daşıyır;

5. filialın əsasnaməsinə uyğun iş planını təsdiq edir, onun icrasına nəzarət edir;

6. təşkilatın təsdiq etdiyi iş rejiminə müvafiq olaraq müəyyən edilmiş saatda filialın açılması və bağlanmasına nəzarət edir, iş günü ərzində işçilərin nizam-intizam qaydalarına riayət etmələrinə cavabdehlik daşıyır;

7. filiala etibar edilmiş, maddi qiymətlərin və pul vəsaitinin mühafizəsi üçün bütün zəruri tədbirləri görür;

8. xəzinənin açılması və işin sonunda onun bağlanması zamanı maddi qiymətlərin və pul vəsaitinin sayılmasına birbaşa məsuliyyət daşıyır və nəzarət edir;

9. filialın xəzinəsində pul vəsaiti və digər qiymətlilərin yaxud ciddi hesabat sənədlərinin çatışmamazlığı aşkar edilərsə, bu haqda müvafiq akt tərtib edilməsini və dərhal Baş ofisə məlumat verilməsini təmin edir;

10. filiala ünvanlanmış məxfi poçtun qəbulunu, qeydiyyatını və onun müvafiq icrasını şəxsən özü təmin edir;

11. filialın kassa limitinin qorunmasına nəzarət edir, lazım gəldikdə mədaxil və ya məxaric üzrə pul vəsaitlərinin inkassasiyası üçün Baş ofisə sifariş verir;

12. gün ərzində aparılan bütün təşkilat əməliyyatlarının mövcud qanunvericiliyə və daxili qaydalara uyğunluğuna, balansın müəyyən edilmiş vaxtda bağlanmasına və Baş ofisə vaxtında ötürülməsinə nəzarət edir və buna məsuliyyət daşıyır;

13. korporativ müştərilərin filiala cəlb edilməsi məqsədilə daim müvafiq tədbirləri həyata keçirir; 14. kreditlərin verilməsi məqsədilə kredit mütəxəssislərinin müştərilər barəsində tərtib etdiyi məlumatların düzgünlüyünü: girov və ya ipoteka predmetinin veriləcək borca tənasüblüyünü və yetərliliyini; müştərinin aylıq ödəniş qabiliyyətinin vəziyyətini və reallığını yoxlayaraq onun alacağı krediti ödəmək qabiliyyətinin olmasını yoxlamalı, lazım gələrsə, müvafiq sənədləri tələb edib biznes fəaliyyətinin reallığını və digər gəlirlərin mənbəyini yerində araşdırmalı, kredit mütəxəssisinin verdiyi bu məlumatların düzgünlüyünə əmin olduqdan sonra kreditin verilməsi haqqında təklifin Kredit Komitəsinə çıxarılmasını təmin edir;

15. verilmiş kreditlərin borclu tərəfindən gələcəkdə vaxtında və tam ödənilməsini təmin etmək məqsədilə əvvəlcədən müvafiq tədbirlər görür və buna görə kredit mütəxəssisilə birlikdə bilavasitə məsuliyyət daşıyır;

16. risklərdən çəkindirmək üçün eyni müştəriyə əvvəlki borcu ödəyib başa çatdırmadan təkrar kreditlərin verilməsinin qarşısını almaq üçün əməli tədbirlər görür;

17. filialın kredit portfelində olan problemli kreditlərin həlli üçün əməli tədbirlər görür, bu barədə ayda bir dəfədən gec olmayaraq təşkilatın baş idarəsinə yazılı məlumat verir;

18. filiala verilmiş plan üzrə kredit portfelininin artımına və problemli kreditlərin həllinə görə birbaşa məsuliyyət daşıyır;

19. kredit mütəxəssislərinin bilik və təcrübələrinin artırılması məqsədilə onlarla daimi treninqlər aparılmasına nəzarət edir; onların tərtib etdikləri məlumatları, sənədləri araşdırıb düzgünlüyünü yoxlayır;

20. hüquqi və fiziki şəxslərin ərizələrinə, təkliflərinə, filial işçilərinin hərəkətləri barədə şikayətlərə baxır, bunların əsasında lazımi tədbirlər görür, vətəndaşları qəbul edir;

21. əmək mühafizəsi və əməyin təhlükəsizliyi üzrə tədbirlərin keçirilməsini təşkil edir, bu tədbirlərin keçirilməsi üçün məsul şəxsləri təyin edir;

22. filialda işin lazımi rejimdə məxfi aparılmasını, təşkilat sirrinin qorunmasını təmin edir;

23. filialın bütün kredit, əməliyyat və s. risklərinə məsuliyyət daşıyır;

24. filialın kredit portfelinin periodik diversifikasiyasını aparılmasında iştirak edir və məsuliyyət daşıyır;

25. filialda yaranan bütün fors major halları baş verən zaman dərhal Baş ofisə məlumat verməklə bu halların aradan qaldılması üçün təxirəsalınmaz tədbirlər görür;

26. filialın fəaliyyəti haqqında İdarə Heyətinin sədrinə hesabat verir;

27. təşkilatın İdarə Heyətinin sədrinin qərarlarına dönmədən əməl etmək;

28. ayrılmış limit daxilində filialın kredit komitəsinin qərarı ilə kredit müqavilələrini təsdiq etmək. Bu həcmdən artıq kreditlərin verilməsinə dair kredit komitəsinin qərarları əsasında kredit müqavilələrini bağlamaq və onların düzgünlüyünü təsdiq etmək;

29. filial üçün ayrılmış büdcənin istifadəsinə dair Təsisçinin qərarlarının icrasına nəzarət etmək və buna görə məsuliyyət daşımaq;

30. təsisçinin əmr və sərəncamlarının filialda icrasına nəzarət etmək;

31. filial işçiləri üçün məcburi olan şifahi əmr və göstərişlər vermək, əmək qanunvericiliyinə əməl olunmasına, o cümlədən daxili iş rejiminə və intizam qaydalarına nəzarət etmək;

32. filialda müştəri xidməti səviyyəsini yüksək saxlamaq və müştərilərlə qaydalara uyğun rəftar edilməsini təmin etmək;

33. tabeçiliyində olan əməkdaşların işini planlaşdırır və koordinasiya edir;

34. filialın funksiyalarını icrasını tənzimləyən daxili normativ sənədlərin hazırlanmasında iştirak edir;

35. dövlət orqanlarının müştərilərin bank hesablarına dair sərəncamların icrasına nəzarət edir;

36. bank xidmət və məhsullarına dair müştərilərin tələb, təklif və arzularını öyrənərək təhlil edir və bu barədə müvafiq təkliflərlə çıxış edir;

37. filialın maksimal gəlir əldə etməsi üçün bank məhsul və xidmətlərin təkmilləşdirilməsi üzrə təkliflər verir;

38. filialın fəaliyyət ərazisində mütəmadi olaraq bank bazarını öyrənir, yeni bank metod və texnologiyalarının tətbiq edilməsi üzrə tədbirlər görür;

39. filialın mühafizə və yanğın əleyhinə sistemlərinin işlək vəziyyətdə olmasını təmin edir;

40. pul və digər qiymətlilərin inkassasiyasının qaydalara uyğun aparılmasını təmin edir;

41. filialın zəruri avadanlıq və dəftərxana ləvazimatı ilə təmin olunmasını təşkil edir;

42. filial əməkdaşlarının işə qəbulu, rotasiyası, işdən azad olunması, attestasiyası, peşəkarlıq və bilik səviyyəsinin yüksəldilməsi, mükafatlandırılması və cəzalandırılması üzrə təkliflər verir;

43. kollektivdə əlverişli əmək şəraitinin və işçilərin mənəvi-psixoloji durumunun yüksək olmasını təmin edir;

44. filialın problemli kreditləri üzrə borcların qaytarılmasını təmin edir və bu işin təşkilini həyata keçirir;

45. filiala təhkim olunmuş çap materiallarının (buklet, kitabça və s.) və promo materialların, həmçinin filialdan kənarda yerləşən reklam vasitələrinin (bilbord, laytboks və s.) aktuallığına nəzarət edir və dövri olaraq aidiyyəti strukturları məlumatlandırır;

46. fəaliyyəti ilə bağlı müxtəlif hesabatlar hazırlayır.

47. filial müdiri kredit təşkilatının İdarə Heyətinin sədrinə tabedir və ona müvafiq hesabatlar verməlidir.

 

Hüquqlar: 1. Filial müdiri aşağıdakı hüquqlara malikdir: 1.1. Vəzifə borcu və hüquqlarının yerinə yetirilməsinə köməkliyin göstərilməsi tələbi ilə rəhbərliyə müraciət etmək; 1.2. Zəruri olduqda öhdəsinə qoyulmuş tapşırıqların icrasına digər struktur bölmə mütəxəssislərini cəlb etmək (struktur bölmə əsasnamələri ilə nəzərdə tutulduğu halda; olmadıqda, rəhbərliyin icazəsi ilə); 1.3. Rəhbərliyin qəbul etdiyi və onun fəaliyyətinə aid olan qərarların layihələri ilə tanış olmaq; 1.4. Şəxsən və ya bilavasitə rəhbərinin tapşırığı ilə, vəzifə öhdəliyinin icrası üçün zəruri olan məlumat və sənədləri struktur bölmə rəhbərləri və mütəxəssislərindən sorğu etmək.

Məsuliyyət: 1. Filial müdiri filial əməkdaşlarının qanunvericiliyə riayət etməsinə, bank sənədlərinə əməkdaşlar tərəfindən doğru məlumatların daxil edilməsinə, həmçinin filial əməkdaşlarının Daxili Qaydalar və Vəzifə Təlimatlar ilə nəzərdə tutulmuş vəzifələrə riayət etməsinə görə birbaşa cavabdehlik daşıyır. Kreditlər verilərkən filial direktoru müştəriləri şəxsən görməli, habelə son nəzarətçi olaraq, imzalanmadan əvvəl sənədləri diqqətlə yoxlamalıdır. 2. Filial müdiri aşağıdakı hallarda və hədlərdə məsuliyyət daşıyır: 2.1. Vurduğu maddi zərərə görə - Azərbaycan Respublikasının əmək və mülki qanunvericiliyi ilə müəyyən edilmiş hədlərdə; 2.2. Daxili qaydalar ilə müəyyən edilmiş öhdəlikləri yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi və ya daxili qaydaların kobud şəkildə pozulması nəticəsində kredit təşkilatına dəyən hər hansısa zərərə görə - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hədlərdə; 2.3. Fəaliyyətini həyata keçirmə zamanı törətdiyi hüquq pozuntusuna görə - Azərbaycan Respublikasının cinayət, inzibati və mülki qanunvericiliyi ilə müəyyən edilmiş hədlərdə; 2.4. Hazırki vəzifə təlimatı ilə müəyyən edilmiş vəzifə öhdəliklərinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsinə görə - Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə müəyyən edilmiş hədlərdə.

On the interview results

How to apply

You are welcome to send your CV