Detallar : 

  • 16 saat (Mart ayından başlayaraq)
  • Real Keyslər 

Təlim Kursunun Mövzuları: 

  • Ümumi anlayışlar və Əmək müqavilələri

- Əmək müqaviləsinin bağlanması və onun şərtləri (məcburi və əlavə şərtlər)

- Əmək müqavilələrinin elektron portala (e-gov.az) daxil edilməsi

- Elektron informasiya sistemində aparılan prosedurlar 

- Əvəzçilik üzrə işə qəbul

- Əmək müqavilələrinə xitam verilməsi

- Əmək müqaviləsinin  bağlanılması zamanı sənədləşmə prosesləri  

  • Məzuniyyətlər və onun növləri

- Məzuniyyətlərin аnlаyışı, növləri və müddəti

- Əmək məzuniyyətlərinin vеrilməsi və istifаdə qаydаsı

- Yаrаdıcılıq və təhsil məzuniyyətləri

- Sоsiаl məzuniyyətlər

- Ödənişsiz məzuniyyətlər

- Əmək məzuniyyətinin müddətinin hеsаblаnmаsı

  • Əmək haqqının hesablanmasının hüquqi tənzimi
  • İşçilərin icbari sığortası

- İşçilərin sosial sığortası

- İstehsalatda baş verən bədbəxt hadisələrin qeydə alınması, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta

- Tibbi sığorta

  • Əmək Qanunvericiliyində olan dəyişikliklər
  • Real Kazuslar və digər məsələlər 

- Kazuslarla çaılşmalar 

Müəssisənin rəhbəri işdə olmadıqda, struktur dəyişikləri zamanı səlahiyyətli şəxsin müəyyən edilməsi

- Müəssisələrdə işçilərin  yaş həddi və pensiyaya çıxma məsələləri

- Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanlarla (ƏƏSMN, Dövlət Əmək Müfəttişi, DSMF, FHN və s.) münasibətlərin tənzimlənməsi 

 

Təlimçi: 

Hüquq elmləri doktoru, Mayis Əliyev 1994-cü ildən etibarən Bakı Dövlət Universitetinin Əmək və Ekologiya hüququ kafedrasında  baş müəllim, dosent kimi çalışırdı və hal-hazırda, professor kimi fəaliyyət göstərir.  Sosial hüquqların araşdırılması İctimai Birliyinin sədri, Azərbaycan Respublikası Milli Məclisinin Sosial siyasət komitəsinin eksperti, Hüquq elmləri üzrə Respublika Problem Şurasının elmi katibi, BDU-nun Hüquq fakültəsinin Tədris-Metodiki şurasının sədri Mayis Müəllim,  11 kitabın , 175 elmi  məqalənin və 17 tezisin  müəllifidir. Əlavə olaraq qeyd edək, ki Mayis Müəllim, Amerika Hüquqşünaslar Assosiasiyasının (ABACELLİ) bir çox təlimlərdə iştirak edib.