top of page
site 3 (horizontal).jpg
CPR-230520-Brand_In Partnership With Logo-Color-RGB (2).png

Təhsil tərəfdaşı

Dünya səviyyəli HR həlləri və təlimlərlə təşkilatların inkişafını sürətləndiririk.

Ana səhifə> SHRM

Bizim SHRM kurslarımız

2025_SHRM_laptop_studyplan_compbook.png
SHRM-CP və SHRM-SCP sertifikatları insan resursları sahəsində həm əməliyyat, həm də strateji səviyyədə peşəkar bilik və bacarıqları təsdiqləyir və beynəlxalq HR standartlarına uyğunluğu göstərir.
SHRM-CP və SHRM-SCP
SHRM_Essentials_3_Screens_Transparent.png
SHRM Essentials for Human Resources
SHRM Essentials işə qəbul və performansın idarə edilməsi kimi əsas HR mövzularını əhatə edən giriş səviyyəli kursdur və HR sahəsinə yeni başlayanlar üçün nəzərdə tutulub.
png (1).png
People Manager Qualification
SHRM PMQ yeni menecerlərin liderlik və insanlarla işləmə bacarıqlarını inkişaf etdirən, komanda performansını artırmağa kömək edən interaktiv proqramdır.
SHRM Recertification
SHRM-CP/SHRM-SCP sertifikatını saxlamaq üçün 3 il ərzində HR fəaliyyətləri vasitəsilə 60 PDC toplamaq tələb olunur. PDC qazanmaq üçün SHRM resertifikasiya fəaliyyətlərimizə qoşula bilərsiniz.
image.png
photoshrm.jpg

Azərbaycan və Litvada SHRM-in rəsmi təhsil tərəfdaşı olmaqdan qürur duyuruq!

2017-ci ildən etibarən FireWorks HRM Azərbaycan və Litvada SHRM-in (Society for Human Resource Management) eksklüziv rəsmi tərəfdaşı kimi fəaliyyət göstərir. Bu strateji tərəfdaşlıq çərçivəsində biz HR mütəxəssislərinin peşəkar bilik və bacarıqlarını inkişaf etdirən, beynəlxalq səviyyədə tanınan sertifikasiya və təlim proqramları təqdim edirik.

Missiyamız yerli və beynəlxalq təşkilatlar üçün yüksək keyfiyyətli və praktik öyrənmə həlləri təqdim etməklə HR mütəxəssislərinin inkişafını dəstəkləməkdir. İllər ərzində SHRM təlim proqramlarımız Azərbaycan və Litva ilə yanaşı, Bəhreyndə də HR mütəxəssislərinin karyera inkişafına və təşkilatlarına daha effektiv töhfə vermələrinə kömək edib.

FireWorks HRM olaraq regionda daha güclü HR icmalarının formalaşmasına və dünya səviyyəli HR liderlərinin yetişdirilməsinə hədəflənmişik.

Achal Khanna (SHRM MENA-nın CEO-su), Johnny C. Taylor, Jr. (SHRM-in CEO-su və prezidenti) və Laura Həmidova, FireWorks HRM-in Təsisçisi və direktoru

SHRM-CP və SHRM-SCP sertifikasiyalarına hazırlıq

SHRM CP_RGB_Updated Nov 2024 (1).png
SHRM SCP_RGB_Updated Nov 2024 (1).png

Karyeranızı inkişaf etdirin

SHRM sertifikatı imtahanında uğur şansınızı artırmaq üçün hazırlıq kursumuza qoşulun.

Sizin üçün hazırlanmış HR kursu

PersonalFlexible_Icon.png

Sizə uyğun və çevik

İş və ev öhdəlikləri arasında karyera təliminə vaxt tapmaq çətin ola bilər. Strukturlaşdırılmış təlim və dəstək ilə sertifikat yolunda irəliləyin.

Affordable_Icon.png

Hamı üçün əlçatan

Kurs haqlarınızı minimumda saxlayırıq və SHRM sertifikatı və peşəkar inkişaf hədəflərinizə çatmağınıza dəstək oluruq. Tələbə endirimləri imkanlarından da faydalana bilərsiniz.

1on1Support_Icon.png

Fərdi dəstək

SHRM sertifikatlı təlimçilərimizdən rəhbərlik alın, yeni HR biliklərinizi öyrənin və həmkarlarınızla təcrübə paylaşaraq biliklərinizi praktikada tətbiq edin.

Növbəti sessiyaların başlama tarixi
3 ay
Sentyabr
19:00 - 21:00 (Bakı vaxtı ilə)
3 ay
Mart
19:00 - 21:00 (Bakı vaxtı ilə)

Sizi nələr gözləyir?

HighQualityInstruction_Icon.png

Yüksək keyfiyyətli
tədris

HR sahəsində uzun illər praktiki təcrübəyə malik, yüksək nüfuzlu və SHRM sertifikatlı təlimçilər

VirtualClassroom_Icon.png

Onlayn tədris

İnternet bağlantısı olan istənilən yerdən əlçatan virtual mühitdə təlimçiniz və digər iştirakçılarla əlaqə

TimeCommitment_Icon.png

Vaxt öhdəliyi

3 aylıq proqram üzrə dərslərdə iştirak edin və sessiyalar arasında materialları öz tempinizdə öyrənin

StructuredLearning_Icon.png

Planlı təlim prosesi

Strukturlaşdırılmış plan və dəstək sayəsində məsuliyyətli qalın və sertifikatınızı əldə etmək üçün təlim planına uyğun irəliləyin

Uğur üçün hazırlanmış kurs hazırlıq alətləri

Qeydiyyata həmçinin 2025 SHRM Learning System-in onlayn və çap versiyaları daxildir — bu, rəsmi sertifikat imtahanına hazırlıq vasitəsidir və artıq real SHRM sertifikasiya imtahanlarında istifadə olunmuş suallarla yenilənmişdir. Yetkin öyrənənlər üçün xüsusi olaraq hazırlanmış bu interaktiv onlayn təlim aləti sizin bilik, təcrübə və məqsədlərinizə əsaslanaraq fərdi öyrənmə planı formalaşdırır, tədris vaxtınızı səmərəli istifadə etməyə, SHRM Body of Applied Skills and Knowledge® (SHRM BASK®) sistemini mənimsəməyə və SHRM sertifikasiya imtahanlarına inamla hazırlaşmağa kömək edir.

2025_SHRM_laptop_studyplan_compbook_printbooks.png

SHRM Essentials for Human Resources

SHRM Essentials Product Shot.png

HR-in əsaslarını mənimsəməyə hazırsınızmı?

HR sahəsində çətinlikləri idarə etmək, uyğunluğu təmin etmək və işçi heyəti ilə bağlı qərarlarda inamla iştirak etmək üçün lazım olan baza biliklərini formalaşdırın.

SHRM_Essentials_3_Screens_Transparent (1).png

İnsan resursları sahəsində möhkəm baza bacarıqları formalaşdırın.

SHRM Essentials of Human Resources proqramı HR təcrübələri və davranışları üzrə baza biliklərini təqdim edir. Real iş mühiti nümunələri və ssenarilər vasitəsilə sizə əsas HR mövzuları öyrədilir və iş yerində qarşılaşdığınız çətin situasiyalara effektiv yanaşma bacarıqları qazandırılır.

SHRM People Manager Qualification

png (1).png

"People Manager Qualification" ilə liderlik bacarıqlarınızı inkişaf etdirin və gücləndirin.

Fərdi performansı və komanda uğurunu bütün sahələrdə artıran müasir idarəetmə yanaşmalarına yiyələnin.

SHRM PEOPLE MANAGER QUALIFICATION(PMQ)

İnteraktiv elementlər, gamifikasiya və əyləncəli öyrənmə üsullarını birləşdirən, öz tempinizdə öyrənməyə imkan verən onlayn platformadır; insan resurslarının idarə olunması və komanda liderliyi bacarıqlarının inkişafına kömək edir.

e3eaba09-fa66-4e76-9396-10eb52498ab6.png

SHRM Resertifikasiya Təminatçısı

image.png

SHRM resertifikasiyası ilə sertifikatınızı aktiv saxlayın

SHRM-CP və ya SHRM-SCP sertifikatınızı resertifikasiya vasitəsilə qoruyun və HR sahəsində bilik və bacarıqlarınızı daim yenilənmiş saxlayın.

site 2 (7).jpg

SHRM resertifikasiya PDC-lərini bizimlə əldə edin!

SHRM-CP və ya SHRM-SCP sertifikatınızı 3 illik dövr ərzində 60 Peşəkar İnkişaf Krediti (PDC) qazanaraq qoruyun. PDC-ləri HR sahəsinə aid təlimlərdə və vebinarlarda iştirak etməklə, peşəyə töhfə verməklə və ya liderlik fəaliyyətlərində yer almaqla əldə edə bilərsiniz. Sertifikatlı statusunuzu qorumaq həm peşəkar etibarlılığınızı artırır, həm də daim inkişaf edən HR sahəsində rəqabət qabiliyyətinizi gücləndirir.

SHRM-i bizimlə kəşf edin...

DSC01816.JPG
  • Youtube

SHRM Competencies kitabı

"SHRM Competencies" kitabı ilə əsas HR bacarıqlarını və davranışlarını mənimsəyin, peşəkar inkişaf və liderlik yolunda irəliləyin.

DSC01816.JPG

SHRM Workplace kitabı

"SHRM People" kitabı ilə iş yeri mədəniyyəti, təhlükəsizlik, müxtəliflik və işçi hüquqlarını praktiki və dərin şəkildə araşdırın.

  • Youtube
DSC01816.JPG
  • Youtube

SHRM People kitabı

"SHRM People" kitabı ilə ən yaxşı istedadların işə qəbulu, inkişafı və qorunmasının əsaslarını öyrənin.

DSC01816.JPG
  • Youtube

SHRM Organization kitabı

"SHRM Organization" kitabı ilə HR strategiyanızı biznes məqsədlərinə uyğun şəkildə qurmağı və əlaqələndirməyi öyrənin.

#getSHRMed with FireWorks HRM!

SHRM-in rəsmi tərəfdaşı olaraq, SHRM-CP və SHRM-SCP kimi beynəlxalq səviyyədə tanınan sertifikatlar, eləcə də SHRM Essentials kimi peşəkar inkişaf proqramları təqdim edirik. Azərbaycanda və regionda HR liderliyinin inkişafına töhfə vermək və təşkilatların effektivliyini artırmaq bizim üçün qürurvericidir.

Niyə SHRM sertifikasiyasına etibarlı tərəfdaşla hazırlaşmalısınız?

Təsdiqlənmiş ekspertiza

Etibarlı tərəfdaşlar SHRM-in rəsmi standartlarına tam uyğun məzmun təqdim edir, bu da hazırlığınızın dəqiq və mövcud imtahan çərçivəsinə uyğun olmasını təmin edir.

Strukturlaşdırılmış öyrənmə prosesi

Strukturlaşdırılmış proqram sizə diqqətinizi cəmləməyə və vaxtınızı daha səmərəli idarə etməyə kömək edir.

Peşəkar sertifikatlı təlimçilər

Real HR təcrübəsinə malik sertifikatlı təlimçilər materialı daha asan başa düşməyə və praktikada tətbiq etməyə kömək edir.

Yüksək uğur göstəriciləri

Rəsmi tərəfdaşlarla hazırlanan namizədlər daha keyfiyyətli hazırlıq və davamlı dəstək sayəsində imtahandan keçmə göstəricilərini artırırlar.

shrm mena.jpg
affe591f-38a0-4da8-b527-72d84778144b.jpg
Contact
Logo FW (2).png

FireWorks HRM şirkətlərə güclü komandalar qurmaq üçün işə qəbul, autsorsinq və outplacement sahələrində peşəkar HR həlləri təqdim edir. Biz həmçinin ekspert rəhbərliyində HR təlimləri və biznes konsaltinq xidmətləri göstərərək HR strategiyalarını şirkətinizin məqsədləri ilə tam uyğunlaşdırırıq. Şirkətiniz böyüyərkən, strukturu yeniləyərkən və ya istedadların inkişafına fokuslanarkən, uğurunuza davamlı dəstək göstərməyə hazırıq.

NAVİQASİYA

XiDMƏTLƏR

Rekrutinq

Outsourcing

Outplacement

Korporativ təlimlər

HR konsaltinq

ƏLAQƏ

Hasan Majidov 3, Emerald Palace, Baku, Azerbaijan

info@fworks.az
hr@fworks.az

(+994) 70 336 88 11
(+994) 12 433 74 78

  • LinkedIn
  • Instagram
  • Facebook
  • YouTube

© 2026 "FireWorks" HRM

bottom of page